Toyota Bakı Mərkəzi Ichiban Mükafatına layiq görülüb

Qürur hissi ilə bildirmək istərdik ki, Toyota Bakı Mərkəzi Ichiban Mükafatına layiq görülüb.
İchiban 2020: Ən Yaxşı Toyota dilerlərinin müştəri xidmətləri mükəmməlliyi üzrə mükafatıdır.
Toyota-nın Azərbaycandakı rəsmi dileri - Toyota Bakı Mərkəzi İchiban mükafatına layiq görüldü və bununla Avropanın ən yaxşı dilerlərindən oldu.
Ichiban Yapon dilində "bir nömrə" deməkdir. Toyota Ichiban mükafatı müştəri xidmətləri sahəsində üstün olan Avropadakı Toyota dilerləri üçündür.
Avropa da 2500-dən çox Toyota dileri, hər il İchiban mükafatının 45 qalibindən biri olmaq uğrunda mübarizə apararaq, "müştəri hər zaman birinci" təfəkkürünə bənzərsiz yanaşma və sadiqlik nümayiş etdirərək mükafatlandırılır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq mükafatlandırma mərasimi virtual keçirilərək, Toyota Motor Avropanın Brüsseldəki qərargahına Toyotanın ən yaxşı dilerləri rəqəmsal şəkildə qoşuldular.

Tam siyahı ilə Toyota Avropanın rəsmi saytında tanış ola bilərsiniz: https://newsroom.toyota.eu/ichiban-2020--the-best-toyota-r…/

"Bugünkü mərasimimiz virtual baş tutsa da, əsas məqsədimiz dəyişməz olaraq qalır - nailiyyətləri ilə fərqlənən, Toyota 2020 İchiban qaliblərini tanımağımız üçün buradayıq." Matt Harrison, Toyota Motor Europe şirkətinin icraçı vitse-prezidenti
Qeyd edək ki, Toyota Bakı Mərkəzi artıq üçüncü dəfədir ki, Ichiban mükafatına layiq görülür.
Sizə yüksək səviyyəli xidmət göstərməkdən qürur duyuruq!