10-cu Arzuların Maşını Rəsm Müsabiqəsi

“Toyota Baku”Şirkəti və “LAYF” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə “10-cu Toyota Arzuların Maşını Rəsm Müsabiqəsi” başa çatmışdır.Bu münasibətlə Toyota Bakı mərkəzində müsabiqə iştirakçıları üçün tədbir təşkil olunmuşdur.
Xatırladaq ki , müsabiqədə Azərbaycan Respublikasında yaşayan 16 yaşadək olan hər bir uşaq iştirak edə bilərdi.Müsabiqənin şərtlərinə əsasən rəsmlər yağlı karandaşla(pastel) və sulu boyayla A3 formatlı kağızda çəkilməli,müəyyən bir fikri ifadə etməli idi.
Müsabiqənin bütün iştirakçıları “Toyota Baku” Şirkəti və “LAYF” Xeyriyyə İctimai Birliyinin birlikdə təsis etdiyi diplomlarla mükafatlandırılmışdır.Peşəkar münsiflər tərəfindən müsabiqənin şərtlərinə uyğun olaraq 3 yaş kateqoriyasında seçilən qaliblər diplom və hədiyyələrlə təltif olunmuşdur.
Müsabiqənin qalibləri aşağıdakı kimidir :

8 yaşa qədər kateqoriyada
1.Kərimli Teymur
2.Eldarova Mələk
3.Babayev Cəlal

8-11 yaş arası kateqoriyada
1.Nəcəfzadə Zeynəb
2.Fətiyev Sahib
3.Qurbanlı Cavid

12-15 yaş arası kateqoriyada
1.Əsgərova Cəmilə
2.Quluzadə Ramiz
3.Fərəcli Məhəmməd

Müsabiqədə iştirak etmiş 250-dən çox balaca rəssamlarımızı təbrik edirik.Onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
Müsabiqənin təşkilində verdikləri dəstəyə görə bütün mədəniyyət evlərinə və studiyalara təşəkkürümüzü bildiririk.

Yaxın zamanda qalib rəsm işlərini təqdim edəcəyik.