Şirkət haqqında

Toyota 2006-cı ildə 5 qitədə 8,8 milyondan çox avtomobil satan, dünyanın ən böyük avtomobil istehsalçılarından biridir. “Toyota” dünyanın nəhəng 500 şirkəti arasında ilk onluqda yer alır və haqlı olaraq sevilən avtomobil istehsalçılarından biridir. Şirkət bu nailiyyətin müştəri məmnuniyyətindən irəli gəldiyinə inanır.

Toyota hekayəsi 19-cu əsrin sonlarından başlayır, Saki Çi Toyoda ölkənin toxuculuq sənayesini inqilabi dəyişiklik edərək, Yaponyanın ilk elektrikli toxuculuq dəzgahını kəşf edir.

1918-ci ilin Yanvarında Saki Çi Toyoda Əyirmə və Toxuculuq Şirkətini yaradır, və oğlu Kiiçiro Toyodanın köməyilə, 1924-cü ildə ömürlük arzusu olan avtomatlaşdırılmış toxuculuğu yaradır. İki il sonra o Toyoda Avtomatlaşdırılmış Toxuculuğu yaratdı.

Atası kimi Kiiçiro da yenilikçi idi, 1920-ci illərdə Avropaya və Birləşmiş Ştatlara səyahəti zamanı o inkişaf etməkdə olan avtomobil sənayesinə dərin maraq göstərməyə başladı. Sakiçi Toyodanın avtomatlaşdırılmış toxuculuq üçün müəlliflik hüququnun satışından aldığı 100,000 funt sterlinqlə Kiiçiro “Toyota Motor Korporeyşnın” əsasını qoydu və şirkət 1937-ci ildə yarandı.

Toxuculuq dəzgahlarından avtomobillərə, Toyotanın təcrübəsi istehsalatın sərhədlərini genişləndirməklə formalaşmışdır. Fortune jurnalının 2006-cı il buraxılışında qeyd olunduğu kimi.