Yay endirim kampaniyası

“Toyota Motor Corporation”un Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi yeni kampaniyalarla başlayıb. Mərkəz, yay mövsümündə də Toyota sahiblərini sevindriməkdə davam edir. Beləki şirkət yayın son ayında Yay endirim kampaniyası keçirir. Yazda başlayan servisdə pulsuz diaqnostika kampaniyası indi bütün modellərə şamil edilir. Avqustun 1-dən sonunadək bütün Toyota modellərinə pulsuz şassi diaqnostikası tətbiq olunur. Bu tarixdə avtomobil təmiri zamanı məbləğdən asılı olaraq, 5-15%- dək endirim tətbiq olunur. Həm də Toyota Bakı Mərkəzinin bu servis xidməti nəinki rəsmi dilerdən alınan avtomobillərə, həmçinin qeyri-rəsmi dilerdən və ya xaricdən gətirilmiş Toyotalara aiddir. Bir sözlə, indi Toyota sahibi olmaq sərfəlidir.

Yeri gəlmişkən, Toyota Bakı Mərkəzində 200 AZN məbləğində ehtiyat hissələri alan və servis xidmətindən istifadə edənlərə peşəkar avtoyumaya birdəfəlik tam yuyulma pulsuz kuponu verilir.

Toyota Bakı Mərkəzi yay mövsümündə vacib olan digər işlərdə də Toyota sahiblərinə dəstək olmağa çalışır. Yayın istisində avtomobilin komfortunu artıran, sürücü və sərnişinlərə rahat səfər etmək üçün vacib olan havalandırma sistemini də “Toyota”nın Bakı mərkəz nəzarətə götürür. Kampaniya çərçivəsində freonun dəyişdirilməsi 80 AZN- dən 50 AZN-ə , kondisioner filteri 37 AZN-dən 29 AZN-nə endirilib, yağ dəyişmə zamanı isə asqının pulsuz baxışı həyata keçirilir.

Qeyd edək ki, Toyota Bakı Mərkəzi 2006-cı ildən rəsmi diler kimi fəaliyyət göstərir. Şirkət iki dəfə “İchiban” beynəlxalq Toyota müştəri məmnuniyyəti mükafatına layiq görülüb. Satış və Servis xdimətindəki nailliyyətlərinə görə Toyota uyğunluq sertifilatları ilə təltif edilib.